Azərbaycanlı aparıcı ikinci dəfə ata oldu


Aparıcı Saleh Bağırov ikinci dəfə ata olub.



AFN xəbər verir ki, o, bu haqda "Instagram" hesabında paylaşım edib.

Saleh həyat yoldaşı və qızı ilə fotosunu paylaşaraq oğlu dünyaya gəldiyini bildirib:
“Sayımız artır, sıralarımız genişlənir.

Qızımın qardaşı dünyaya gəldi. Nə xoşbəxtsən ki, bütöv, qalib məmləkətin vətəndaşı olmaq yazıldı bəxtinə, OĞLUM! Allah bütün balaları qorusun!” – deyə Saleh paylaşımında qeyd edib.

Aparıcının yaxınları, dostları, tanışları onun bu paylaşımına minlərlə rəy yazaraq təbrik ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu