16 yaşında Türkmənistana ərə verildi, yoldaşının 12-ci arvadı oldu, qızına təcavüz edildi - dəhşətli həyat dramı-VİDEO


ATV-də yayımlanan “Bizimləsən” verilişində dəhşətli iddia ortaya çıxıb.


Belə ki, 16 yaşında ailə qurmaq məqsədilə valideynləri tərəfindən Türkmənistana göndərilən Fəzilə xanım orada yaşadığı dəhşətli günlərindən danışıb:

“Məndən yaşca çox böyük idi. 11 yoldaşı vardı, mən 12-ci idim. Hər biri ilə qeyri-rəsmi nikahda idi. Onların dillərini başa düşmürdüm. Daha sonra oğlum dünyaya gəldi. 2 aylıq olanda məni küçəyə atdılar. Məcbur olub oradakı azərbaycanlılara müraciət etdim ki, məni xilas etsinlər”.

Daha sonra Türkmənistanda ikinci dəfə ailə quran Fəzilə xanım yenə çətinliklə qarşılaşıb:

“İkinci dəfə ailə həyatı quran zaman qızım dünyaya gəldi. Yoldaşım oğlan uşağı istədiyi üçün qızımı xəstəxanaya aparmadı və bu günə qədər qızımın heç bir sənədi yoxdur. Daha sonra məni evdən döyüb qovdular ki, niyə oğlan uşağı dünyaya gəlməyib”.

Daha sonra Azərbaycana qayıdıb fermada işləməyə başlayan qadının qızı zorlanıb. Fəzilə xanım qızının zorlanmasında özünü günahkar bildiyini qeyd edib:

“Fermaya işləməyə gedirdim, hadisə onda olub. Ekspertlərə müraciət etdim, amma qızım şikayət etmədi, dedi ki, onu istəyirəm”.

Daha ətraflı süjetdə:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu