Səmayə Məmmədova AGİN-dən ayrılıb?
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın postundan ayrılması barədə məlumat yayılıb.
AFN xəbər verir ki, bu barədə Tia.az saytı xəbər yayıb. Saytın məlumatına görə, Səmayə Məmmədova öz istəyi ilə tutduğu vəzifəsindən ayrılması ilə bağlı artıq ərizə də yazıb.
Qeyd edilib ki, o, məzuniyyət müddəti bitdikdən sonra işə qayıtmayacaq. O da bildirilib ki, xanım Məmmədova hətta birgə çalışdığı kollektivlə də sağollaşıb.
Qeyd edək ki, bir neçə gün bundan öncə Səmayə Məmmədova özünün "Facebook" səhifəsində rəsmi iş məzuniyyətində olması haqda elan vermişdi.
Xatırladaq ki, Səmayə Məmmədova 14 il AGİN-nin mətbuat xidmətinin rəhbəri kimi çalışır.