Əsgərimiz dünyasını dəyişdi: şəhid olduğu deyilir


Sumqayıt şəhər sakini, Quru Qoşunlarının əsgəri Qorxmaz Elşad oğlu Sadıqov dünən gecə həlak olub.


Bəzi mənbələr onun şəhid olduğunu bildirirlər, mərhumun ailəsinə isə deyilib ki, hərbçimiz ehtiyatsızlıqdan dünyasını dəyişib. Sosial şəbəkələrdə yayılan məlumata görə isə Q.Sadıqovun da olduğu hərbi maşın minaya düşüb.
Q.Sadıqovun nəşi yaşadığı Sumqayıt şəhərinə gətirilir. O ailənin tək oğlu olub, tərxisinə 1 ay qalıbmış.
Xəbər yenilənəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu