“Həkimlərimizlə bağlı reallıq hökuməti narahat etməlidir”


“Pandemiya səngərində döyüşən həkimlərimizlə bağlı ortaya çıxan reallıq hökuməti narahat etməlidir. Əhalinin hər 10 000 nəfərinə düşən ixtisaslı həkimlərin sayı Bakıda 77, Lerik, Quba, Şabran və bir neçə rayonda 8-10 nəfər təşkil edir”.


Bunu deputat Zahid Oruc parlamentdə deyib. O qeyd edib ki, 50-yə yaxın rayonda ixtisaslı həkimlərin sayı 20 nəfərdən azdır və pandemiya dövründə paytaxtdan bölgələrə həkimləri göndərmək siyasətinin müqavimətlə qarşılandığı da hamıya bəllidir: “Problemin həlli üçün effektli yollar tapılmasa, yollar açılanda xaricə axan səhiyyə turizmimiz davam edəcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu