İdmançılarımız sambo üzrə Avropa çempionatında qalib oldu


Kiprin Limassol şəhərində keçirilən sambo idman növü üzrə Avropa Çempionatında idmançılarımız ölkəmizi uğurla təmsil edirlər.


27 may tarixində gənclər arasında keçirilən yarışda idmançılarımız bir qızıl, bir gümüş, bir də bürünc medal qazanıblar. Belə ki, yarışın nəticələri aşağıdakı kimi olmuşdur:

• 98 kq çəkidə 1-ci yer: Salmanov Toğrul (qızıl medal)
• 58 kq çəkidə 2-ci yer: Məmmədov Nicat (gümüş medal)
• 64 kq çəkidə 3-cü yer: Bağırov Elvin (bürünc medal)

İdmançılarımızın uğurlu iştirakı nəticəsində Azərbaycan 40 iştirakçı ölkə arasında 3-cü yerdə qərarlaşa bilib. 28 may tarixində artıq böyüklər arasında keçirilən yarışa start verilib.

Qeyd etmək lazımdır ki, Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov, Vitse-prezidentləri Cavid Səbzəliyev və Murad Cəfərov daxil olmaqla sambo üzrə Azərbaycan yığma komandası tam heyətlə yarışda iştirak edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu