Əylisdə uşaqlar canavar hücumuna məruz qaldı - VİDEO


Ordubad rayonunda körpə uşaqlar canavar hücumuna məruz qalıblar.


AFN-ə bu barədə məlumat verən rayon sakinlərinin sözlərinə görə, Ordubadın Əylis kəndinə canavarlar hücum edib. Nəticədə kəndin azyaşlı sakinləri xəsarət alıblar. Məktəbli uşaqları canavardan Elçin Əkbərov adlı kənd sakini xilas edib. Belə ki, axşam saatlarında kəndin məktəb istiqamətində 2 nəfər azyaşlı məktəblini və bir qocanı dişləyən canavar çox ağır xəsarətlər yetirib. Səs küyə kəndin sakini Elçin Əkbərov gəlib və canavarla rastlaşıb. Elçin Əkbərov canavarla əlbəyaxa olaraq çoxsaylı bədən xəsarətləri alıb. "O, əsl qəhrəmanlıq göstərərək canavarı boğub öldürüb. Öz həyatını riskə ataraq, məktəbli uşaqları təhlükədən xilas edə bilib" deyə kənd sakinləri bildiriblər.
Xəsarət alanlar xəstəxanaya çatdırılıblar və onlara tibbi yardım göstərilib. Hadisə ilə bağlı redaksiyamıza göndərilən videonu təqdim edirik:

[media=https://www.youtube.com/watch?v=PTjAS7prr64&t=8s]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu