Qubada 500 nəfər kənd sakini suya həsrət qalıb - VİDEO


Qubanın İsnovqışlar kəndinin sakinləri içməli su problemi yaşayırlar.


Sakinlər bildirir ki, artıq aylardır kəndlərindəki artezian quyusu quruyub. Nəticədə bu isti yay günlərində içməli suya həsrət qalıblar.

Kənd sakini Rüfət Həsənov deyib ki, içməli suyu pul verib maşınlarla alırlar, bu isə onlara sərf etmir.

Rayon mərkəzindən təxmini 20 kilometr uzaqlıqda yerləşən və 500 sakini olan kəndin sakinləri aidiyatı qurumlara müraciət etsələr də, nə dərdlərinə çarə tapan var, nə də suallarına cavab verən.

Daha ətraflı Baku TV-nin süjetində:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu