Əlillik təyinatında yenilik


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin hüquqlarının daha dolğun təminatı məqsədilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə yeni qanun layihəsi hazırlayıb. Layihə artıq Milli Məclisə təqdim edilib.




Bu barədə AFN-ə nazirliyin Mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, layihədə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, ötürülmüş müddətin nəzərə alınması təklifi yer alıb.

Bu o deməkdir ki, əgər şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşəcək. Həmin müddət üçün də vətəndaşın sosial ödənişləri aparılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu