36 və 81 nömrəli marşrut xətlərinin hərəkət sxemi müvəqqəti dəyişdiriləcək


Sabah Bakının Əliağa Şıxlınski küçəsində aparılan təmir-tikinti işləri çərçivəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.



Bu barədə AFN-ə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, bu səbəbdən 36 və 81 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq aşağıda göstərilən qaydada dəyişdiriləcək.

81 nömrəli marşrut Ə.Şıxlınski küçəsindən müvəqqəti çıxarılaraq S.Mehmandarov küçəsi ilə, 36 nömrəli marşrut isə Ə.Şıxlınski küçəsindən müvəqqəti çıxarılaraq N.Tusi küçəsi ilə təşkil ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu