Bakıda 15 marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdiriləcək


Sabah Bakının R.Cəfərov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar həmin küçədə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq 13 sayda müntəzəm marşrutun (7A, 7B, 9, 61, 67, 79, 83, 92, 119, 165, 199, 205 və 211 nömrəli) hərəkəti alternativ küçələrlə təşkil ediləcək.


Bu barədə AFN.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Bununla yanaşı, oktyabrın 10-da Ə.Rəcəbli küçəsinin C.Xəndan küçəsi ilə kəsişməsindən “Amor” şadlıq sarayına qədər olan hissədə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 2 müntəzəm marşrutun (2 və 33 nömrəli) hərəkəti alternativ küçələrlə ( C.Xəndan, Ş.Məmmədova, S.S.Axundov küçələri) təşkil ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu