Bakıda bu marşrutun hərəkət sxemi dəyişdirildi


Bakının Binəqədi rayonu, "Baksol" yolunda 16-18.12.2022-ci il tarixlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.


Bakı Nəqliyyat Agentliyindən AFN.az-a verilən məlumata görə, bu səbəbdən məhdudiyyətlərə uyğun olaraq 71 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilərək “Azadlıq prospekti” metro stansiyası - Baksol yolu (məhdudiyyət tətbiq edilən hissəyə qədər) istiqamətində fəaliyyəti təşkil ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu