Bakıda 31 nömrəli marşrutun son dayanacağı müvəqqəti dəyişdirilib


Bakıda 31 nömrəli marşrutun hərəkət sxemi üzrə son dayanacaq məntəqəsi müvəqqəti dəyişdirilib.



Bu barədə AFN-ə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, dəyişikliyə səbəb Səbail rayonu, Badamdar qəsəbəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.

Təmir işləri yekunlaşdırıldıqdan sonra marşrutun əvvəlki sxem üzrə hərəkəti təmin ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu