İtaliya səfirliyi Kəlbəcərdə həlak olanlarla bağlı başsağlığı verdi


İtaliyanın Azərbaycandakı səfirliyi Kəlbəcərdə mina partlaması nəticəsində ölən media nümayəndələrinin ailələrinə başsağlığı verib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin rəsmi Feysbuk səhifəsində yazılıb.

“Dövlət məmurunun, jurnalistlər Sirac Abışovun və Məhərrəm İbrahimovun Kəlbəcər bölgəsində mina partlaması nəticəsində ölmələri xəbəri bizi çox kədərləndirdi. KİV müharivə və onun nəticələrinə görə yüksək bədəl ödəməyə davam edir. Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk”, - deyə paylaşımda qeyd edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu