Fransa səfiri Füzulidə mina partlayışında həlak olanlarla bağlı başsağlığı verib
Fransanın Azərbaycandakı səfiri Zakari Qross mina partlaması nəticəsində Füzulidə iki vətəndaşın həlak olması ilə bağlı başsağlığı verib.
Bu barədə səfir tviter səhifəsində yazıb.
“Füzuli rayonu ərazisində piyada əleyhinə minanın partlaması nəticəsində Amid Əsədov və Çərkəz Quluzadənin həlak olması xəbəri məni kədərləndirdi”, - paylaşımda deyilir.
Xatırladaq ki, sentyabrın 30-u Füzuli rayonunun Yuxarı Dilağarda kəndi ərazisində 1986-cı il təvəllüdlü Amid Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Quluzadənin minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.