İsrail səfiri Azərbaycana başsağlığı verib


İsrailin Azərbaycandakı səfiri Corc Dik Şuşanın Daşaltı kəndində mina partlayışı nəticəsində 2 mülki şəxsin həlak olması ilə bağlı başsağlığı verib.


Bu barədə o, öz tviter səhifəsində yazıb.

"Azərbaycan xalqına və xüsusilə də bu gün minalarda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk", - başsağlığında deyilir.

Qeyd edək ki, bu gün Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxs - “Voltac” podratçı şirkətinin əməkdaşı 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı 1992-ci il təvəllüdlü Vüsal Qəndiyev qeyd edilən ərazidə təmir tikinti işləri apararkən minaya düşmələri nəticəsində həlak olublar.

Bildirilib ki, Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu