Qənirə Paşayeva rəssamlarla görüşüb


MM-in Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bir qrup rəssamla görüşüb


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış xalçaçı rəssam Taryer Bəşirovla, yeni nəsil rəssamları Nizar və Cəsar Məmmədov qardaşları ilə Mədəniyyət Komitəsində görüşüb. Görüşdə incəsənətin rəssamlıq qolu, bu sahədə mövcud durum, uğurlar, həlli vacib problemlər, rəssamların özlərinin yeni yaradıcılıq planları ətrafında fikir mübadiləsi aparılıb.

Q.Paşayeva rəssamların Azərbaycan həqiqətlərinin dünyaya sənətin zərif gücü ilə yayılması yönündə öz töhfələri ilə çıxış edəcəyinə inamını bildirib.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu