Qazinin həkim-ekspertə əl qaldırmasının TƏFƏRRÜATLARI-AÇIQLAMA


Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliyinin həkim-ekspertinə qarşı zorakılığa görə haqqında xuliqanlıq faktı üzrə cinayət işi açılan Bərdə rayon sakini, 1963-cü il təvəllüdlü Şamayıl Mustafayev barəsində redaksiyamıza yeni məlumatlar daxil olub.


Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyindən AFN-ə verilən məlumata görə, Şamayıl Mustafayev, 1992-ci ildə Bərdə RHK tərəfindən hərbi xidmətə çağırılıb və N saylı hərbi hissənin tərkibində döyüş zonasında hərbi xidmət keçərkən 20.06.1992-ci ildə aldığı travmaya görə müalicə alıb.

Müalicə aldığı xəstəlik diaqnozları aşağıdakılardır:

Sağ tərəfli döş qəfəsinin travması, böyrəklərin travmatik əzilməsi, qapalı kəllə-beyin travması, keçirilmiş kəskin sistitin qalıq əlamətləri.

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 15.09.2015-ci il tarixli 919 nömrəli qərarına əsasən aldığı travma hərbi travmadır, Azərbaycan Respublikasıının müdafiəsi zamanı alınıb: "Bu diaqnozlu xəstə 21.01.2016-cı il tarixində ilkin olaraq II dərəcəli əlillik qrupu alıb. 21.01.2021-ci il tarixində növbəti müayinə vaxtı, əlillik dərəcəsindən imtina edilib və ona təyin olunmuş təqaüd kəsilib. Xəstəlik diaqnozuna əsasən Şamayıl Mustafayev nevroloji və psixoloji sarsıntılara görə gündəlik dərman preparatları qəbul edirdi. Özünün dediyinə görə, etdiyi şikayət əsasında TSEK-ə dəvət almış, komissiyanın əyləşdiyi otağa girəndə işlətdiyi ifadə belə olub. "Sizin vicdanınız var? Mənim əlilliyimi imtina etməklə dərman pulumu kəsmisiniz!" Əl qaldırdığı həkim cavab olaraq bildirmişdir ki, "Bizim vicdanımız var! Sənin vicdanın yoxdur ki, saxta əlillik almısan!" Bunun nəticəsi olaraq özünü idarə edə bilmədiyini və qadın həkimə anlaqsız vəziyyətdə əl qaldıraraq yüngül xəsarət yetirmişdir. Etdiyi əməldən peşmandır.

Şamayıl Mustafayev 2016-cı ilin aprel ayından, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin üzvüdür. Ailəlidir. 3 övladı var. Təşkilat tərəfindən müsbət xarakterizə olunur. Qazinin bu hərəkətinə heç bir aldığı travma bəraət qazandıra blməz. Xüsusəndə qadına əl qaldıraraq xəsarət yetirmək.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin idarə heyəti, Şamayıl Mustafayevin xuliqanlıq hərəkətini pisləyir, bununla yanaşı, hüquq-mühafizə orqanlarından və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxslərindən bu insidentin ədalətli araşdırılmasını, qazinin idarə olunmaz həddə çatdırılma səbəblərini müəyyən etməyi xahiş edirik.

Ola bilər ki, onun aldığı travmalar əlilliyin müəyyən edilməsi üçün səbəb yaratmır. Bu halda, ona qanunsuz əlillik dərəcəsi verən həkim (şəxs) müəyyən edilərək qanun çərçivəsində cəzalandırılmalıdır. Lakin əlillik ləğv edilsə belə, onun vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsinə heç bir şübhə yoxdur.

Heç kimə əsas verilmir ki, müharibə iştirakçısı ilə kobud davranaraq onun əsəbləri ilə oynasın.

Qonşu dövlət olan İran İslam Respublikasında bu məsələ cinayət məcəlləsi ilə tənzimləndiyi üçün nə məmur nə də vətəndaş müharibə iştirakçısı ilə kobud rəftar edə bilməz.

Qazi adını uca tutmaq və qazilərə həssaslıqla yanaşmaq hər birimizin borcudur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu