Türkiyə səfiri Azərbaycanı təbrik edib
Türkiyənin Azərbaycandakı Fövqalədə və Səlahiyyətli Səfiri Cahit Bağçı özünün tvitterdəki səhifəsində Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.
AFN xəbər verir ki, təbrik paylaşımında deyilir:
"Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə qayıtmaqla qardaş Azərbaycanımızın suverenliyini xilas etdiyi bu özəl gün münasibətilə hər birinizi təbrik edir, can Azərbaycanın müstəqilliyinin əbədi olmasını diləyirəm".