İşsizlərə yenidən 190 manat veriləcək


Dünya Bankı (DB) COVID-19 pandemiyasının yayılmasının qarşısının alınmasında, xəstəlik hallarının aşkarlanması və müalicəsi üçün səhiyyə sisteminin möhkəmləndirilməsində və pandemiyanın bir sıra sosial fəsadlarının yumşaldılmasında Azərbaycan hökumətinə dəstək verəcək.


Layihənin bankın Direktorlar Şurası tərəfindən təsdiqi sentyabrın 6-na planlaşdırılıb.

Lahihə əsasında işsiz qalmış və Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyatdan keçmiş 170 min nəfərə 190 manat (təxminən 111 ABŞ dolları) məbləğində birdəfəlik ödənişin edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan hökuməti 2020-ci ilin aprel-iyun aylarında 600 min işsiz vətəndaşa 190 manat aylıq müavinət ödəyib. Pandemiyanın genişlənməsinin qarşısını almaq üçün görülmüş tədbirlər nəticəsində rəsmi və qeyri-rəsmi iş yerindən məhrum olmuş şəxslərə yardım göstərilib.
Layihə çərçivəsində yardım almış 600 min nəfərdən 170 min nəfərinə ödəniş ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu