Hüseyn Bolt əkiz atası olub - FOTO


Yamaykalı əfsanəvi atlet, səkkizqat olimpiya çempionu Useyn Bolt əkiz atası olub.


İdmançı bu barədə özünün “Instagram” hesabından xəbər verib. Bolt sevgilisi Kasi Bennett, bir yaşlı qızı Olympia və yeni doğulmuş oğulları - Tander və Sent Leo ilə şəkil paylaşıb.
Qeyd edək ki, Bolt səkkizqat Olimpiya çempionu və 11 qat dünya çempionudur (kişilər arasında yarışlar tarixində rekord). O, çıxışları zamanı səkkiz dünya rekordunu qırıb. Bolt ardıcıl üç olimpiadada (Pekin 2008, London 2012 və Rio de Janeiro 2016) 100 və 200 metrlik sprint qaçışları qazanmağı bacaran yeganə idmançıdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu