Dövlət Xidməti “Bolt" haqqında iş qaldırıb
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Estoniyanın taksi, yemək çatdırma, karşerinq və mikromobillik təklif edən məşhur şirkəti "Bolt"un Azərbaycandakı törəməsi "Bolt Services AZ” MMC haqqında iş qaldırıb.
Dövlət Xidmətindən AFN.az-a verilən məlumata görə, iş "“Delivery Azerbaijan” MMC-nin ərizəsi əsasında, “Haqsız rəqabət haqqında” qanunun tələblərinin pozulması əlamətləri üzrə qaldırılıb.
İşə fevralın 24-də baxılacaq.