Türkiyə Müdafiə Nazirliyi Azərbaycan hərbçilərini təbrik edib


Türkiyə Müdafiə Nazirliyi Azərbaycan hərbçilərini 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.


AFN xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin "Twitter" hesabında paylaşılan təbrikdə deyilir: “Azərbaycan türkü qardaşlarımızın rahatlıq və təhlükəsizliyi üçün qəhrəman və fədakar şəkildə xidmət edən, Vahid Vətən Əməliyyatı ilə Qarabağdakı torpaqlarını işğaldan azad edərək bizləri sevindirən qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin bu xüsusi gününü təbrik edir və hörmətlə salamlayırıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu