Sumqayıtda şəhidlərlə vida mərasimi keçirilir - FOTOLAR


Laçın rayonunda şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlunun nəşi Sumqayıt şəhərində yaşadıqları ünvanlara gətirilib.


“Report”un xəbərinə görə, hazırda hərbçilərlə vida mərasimi keçirilir.

Mərasimdə şəhidlərin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və qəsəbə sakinləri iştirak edir.

Vida mərasimindən sonra şəhidlər Sumqayıt Şəhidlər Xiyabanında dəfn ediləcək.

Qeyd edək ki, iyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. "KamAZ" markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu