Qənirə Paşayeva bir sıra qurumların vətəndaş müraciətlərinə yanaşmalarını tənqid edib - VİDEO


Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin 25 iyun tarixli iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.


Millət vəkili çıxışında parlamentdə təmsil etdiyi Tovuz rayonunun bir sıra kəndlərində hələ də qazlaşma ilə bağlı problemlərin qaldığını bildirərək, müvafiq dövlət qurumlarına müraciət edib. Tovuz rayonunun bir sıra kəndlərində ciddi su probleminin olduğunu bildirən Qənirə Paşayeva İbrahimhacılı kəndi də daxil olmaqla bəzi kəndlərin çox ağır su problemindən əziyyət çəkdiyini vurğulayıb və bu sahəyə nəzarət edən qurumlara çağırış edin.

Qənirə Paşayeva bəzi qurumların bu məsələlərlə bağlı yanaşmalarını tənqid edərək vətəndaşların bu istiqamətdə müraciətlərinə daha həssaslıqla yanaşılmasını diqqətə çatdırıb.

Millət vəkili Qənirə Paşayevanın parlamentdə etdiyi çıxışı bu linkdən izləyə bilərsiniz:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu