Qənirə Paşayeva son 15 gündə 200-dən çox vətəndaşımızın və mədəniyyət işçisinin qayğıları ilə tanış olub


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 15 gündə 200-dən çox vətəndaşımızın və mədəniyyət sahəsi işçilərinin qayğıları ilə tanış olub, təkliflərini dinləyib və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara müraciətlər edib.



Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 15 gündə 200-dən çox vətəndaşımızı "online" şəkildə qəbul edərək, görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və qaldırılan məsələlərin həlli istiqamətində bir sıra təşkilatlarla, mərkəzi icra hakimiyyəti orqanları ilə müzakirələr aparıb.
Eyni zamanda, Millət vəkili Qənirə Paşayevanın köməkçisi tərəfindən 100-dən çox müraciət dinlənilib. Millət vəkili Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi artıq öz müsbət həllini tapıb.
Sakinlərin müraciətləri arasında müalicə, təhsil, işə qəbul, ünvanlı sosial yardım, xəstəliyə görə əlillik pensiyası almaq, eləcə də, su, qaz, işıq, yol problemləri, məhkəmə qərarlarının icrası ilə bağlı məsələlər daha geniş yer tutub.
Millət vəkili eyni zamanda cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə COVİD-19-la mübarizə istiqamətində görülən işlər, əhalimizin sağlamlığının qorunması ilə bağlı da geniş məlumatlar verib və onları Covid-19 dan qorunmaq üçün qaydalara əməl etməyə çağırıb.
Q.Paşayeva həmçinin şəhid ailələri ilə danışaraq, onlara fədakar, qəhrəman övladlar böyütdükləri üçün təşəkkür edib, "qarşınızda baş əyirəm" deyib.
Yaralı hərbçilərimizlə, qazilərimizlə də danışan Millət vəkili, onlara könül dolusu təşəkkür edərək, yaralılarımızın tez sağalmasını, qazilərimizin bundan sonrakı fəaliyyətində də uğur qazanmasını arzu edib, "həmişə yanınızdayıq" deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu