Qənirə Paşayeva son 5 gün ərzində yüzdən çox vətəndaşı və mədəniyyət işçisini dinləyib
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 5 gün içində yüzdən çox vətəndaşımızı "online" şəkildə qəbul edərək, görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və qaldırılan məsələlərin həlli istiqamətində bir sıra təşkilatlarla, mərkəzi icra hakimiyyəti orqanları ilə müzakirələr aparıb.
Eyni zamanda, millət vəkilimin köməkçisi tərəfindən əllidən çox müraciət dinlənilib. Millət vəkili Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi artıq öz müsbət həllini tapıb.
Sakinlərin müraciətləri arasında müalicə, təhsil, işə qəbul, ünvanlı sosial yardım, xəstəliyə görə əlillik pensiyası almaq, eləcə də, su, qaz, işıq, yol problemləri, məhkəmə qərarlarının icrası ilə bağlı məsələlər daha geniş yer tutub.
Q.Paşayeva həmçinin şəhid ailələri ilə
telefonla danışaraq, onlara fədakar, qəhrəman övladlar böyütdukləri üçün təşəkkür edib, "qarşınızda baş əyirəm" deyib.
Yaralı hərbçilərimizlə, qazilərimizlə də danışan Millət vəkili, onlara könül dolusu təşəkkür edərək, yaralılarımızın tez sağalmasını, qazilərimizin bundan sonrakı fəaliyyətində də uğur qazanmasını arzu edib, "həmişə yanınızdayıq" deyib.