Vətən müharibəsi qazisi koronavirusdan öldü - FOTOLAR


Vətən müharibəsi qazisi, baş-leytenant Elmir Məmmədov koronavirusdan vəfat edib.


AFN xəbər verir ki, bu barədə lent.az-a mərhumun qohumları məlumat verib.

Bildirilib ki, Naxçıvanın Şərur rayonundan olan Elmir Məmmədov bir müddət əvvəl COVID-ə yoluxub. O, ötən gün Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki. E.Məmmədov 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. O, iki dəfə ayağından yaralanıb.

Allah rəhmət eləsin!








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu