Dövlət Komitəsi Sumqayıtda tapılan körpəni nəzarətə götürdü - AÇIQLAMA


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sumqayıtda zibillikdən tapılan körpənin durumu ilə maraqlanıb.


Bunu AFN-ə açıqlamasında Komitənin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu bildirib. Onun sözlərinə görə, Dövlət Komitəsinin əməkdaşları aidiyyatı üzrə bütün yetkililərlə əlaqəli surətdə körpənin durumunu nəzarətdə saxlayır: "Bildiyiniz kimi, uşaq hazırda Sumqayıt Perinetal Mərkəzindədir, sağlığı ilə bağlı müayinələr edilir. Bu prosedurlar bitəndən sonra körpə sığınacağa veriləcək. Bütün proses Komitənin nəzarətindədir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu