Mədəniyyət üzrə Türkiyə-Azərbaycan İşçi Qrupu yaradılacaq


Türkiyə ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlıq genişləndirilir.


“Report”un xəbərinə görə, bu, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əksini tapıb.

Sənəddə qeyd edilib ki, 2021-ci ildə Mədəniyyət üzrə Türkiyə-Azərbaycan İşçi Qrupu yaradılacaq. İlk iclas isə bu il keçiriləcək.

Bu işlərin həyata keçirilməsi Azərbaycan tərəfdən Mədəniyyət Nazirliyinə, Türkiyə tərəfdən isə Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu