Türkiyədə qəza zamanı ölən miqrantların sayı 12-yə çatıb


Türkiyədə Van-Erçis magistral yolu üzərində yerləşən Karahan bölgəsində qanunsuz miqrantları daşıyan mikroavtobus qəzaya uğrayıb.


Dünən gecə saatlarında baş verən qəzada hadisə yerində 11 nəfər ölüb, 20 nəfər yaralanıb.

Yaralılardan biri bu gün xəstəxanada keçinib.

Qeyd edək ki, Əfqanıstan və Pakistandan qanunsuz yolla qaçan miqrantları daşıyan mikroavtobus Vandan İran sərhədinə keçərkən devrilib və yanaraq partlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu