Türkiyədə azarkeşləri daşıyan avtobus aşdı - Ölən və yaralananlar var


Türkiyənin “Osmaniyespor” futbol klubunun azarkeşlərini daşıyan mikroavtobus aşıb.


“Qafqazinfo” xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

Qəzada yaralanan 9 nəfər təcili yardım maşınları ilə Akhisar və Salehli xəstəxanalarına aparılıb.

Qeyd edək ki, azarkeşlər bu gün yerli saatla 14.00 radələrində TFF 3-cü Liqasında “Berqama Belediyespor” – “Osmaniyespor FK” arasında oynanılacaq matç üçün Osmaniyedən İzmirə yola çıxmışdılar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu