BMT-nin rezident əlaqələndiricisi Bakıya gəlib


BMT- nin Azerbaycandaki resident elaqelendiricisi Vladanka Andreyeva Bakıya gəlib.


“Report” xəbər verir ki, bu barədə diplomat özünün tvitter hesabında yazıb.

Qeyd edək ki, xanım Andreyeva BMT-də, habelə Avropa və Asiya ölkələrində icra etdiyi müxtəlif vəzifələr sayəsində beynəlxalq inkişaf, humanitar fəaliyyətlərin əlaqələndirilməsi, vəkillik və tərəfdaşlığın qurulması sahələrində 21 illik təcrübəyə malikdir. Yeni təyinatından əvvəl Kambocada BMT-nin HİV/AİDS üzrə Birləşmiş Proqramının (UNAİDS) rəhbəri olmuş Vladanka Andreyeva eyni zamanda BMT-nin həmin ölkədəki İdarə Heyətinin COVİD-19 pandemiyası ilə bağlı hazırlıq və cavab tədbirlərinə cavabdeh olan qrupuna başçılıq edib.

BMT-dən əvvəl Pharmaciens Sans Frontières qeyri-kommersiya təşkilatında çalışan xanım Andreyeva qaçqınlara humanitar yardımların göstərilməsini əlaqələndirib. Şimali Makedoniyanın Müqəddəs Kiril və Mefodiy Universitetində təhsil almış Vladanka Andreyeva stomatologiya sahəsində bakalavr, ictimai səhiyyə sahəsində isə magistr dərəcələrinə yiyələnib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu