Türkiyənin Azərbaycandakı səfiri Gəncəyə səfər edib


Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Gəncəyə səfər edib.


C.Bağçı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birgə şəhərin baş meydanında yerləşən ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Daha sonra səfirlə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov arasında görüş keçiriləcək. Səfir Şəhidlər Xiyabanı və Ermənistan ordusu tərəfindən raket atılan Qələbə parkını ziyarət edəcək. C. Bağçı Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu