Gəncədə Qafqaz İslam Ordusunun xatirəsinə ucadılan abidənin açılışı olub


Gəncə şəhərində Qafqaz İslam Ordusuna ucadılan abidənin açılış mərasimi keçirilir.


Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edir.

Qeyd edək ki, abidə 25 May – 17 Noyabr 1918-ci il tarixləri arasında cərəyan edən, Nuru Paşa Komandanlığındakı Qafqaz hərəkatında Azərbaycanın müstəqilliyi uğrunda qardaşlıq naminə 11 İyun 1918-ci il tarixində Gəncədə canlarını fəda edən Qafqaz İslam Ordusunun ilk şəhidlərinin əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə inşa edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu