“Neftçi”-“Dinamo” oyununun bilet satışından əldə olunan gəlirin yarısı Qarabağ Dirçəliş Fonduna ianə ediləcək


“Neftçi” PFK iyulun 14-ü “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” oyunu biletlərinin satışından əldə olunacaq vəsaiti Qarabağ Dirçəliş Fonduna və “YAŞAT” Fonduna ianə edəcək.

AFN xəbər verir ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Dinamo” (Tbilisi) oyununun biletləri sabah saat 10:00-da satışa çıxarılacaq.
Qiyməti 5 (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 (3B) və 20 (3A) AZN təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə edə bilərsiz. Kassalar saat 21:00-dək işləyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu