Yoluxanların bu günə olan statistikası


Azərbaycanda koronavirus infeksiyasına daha 133 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan AFN-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 337 456 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 873 nəfər müalicə olunaraq sağalıb, 4 988 nəfər vəfat edib, aktiv xəstə sayı 1595 nəfərdir.

Son sutkada koronavirus əleyhinə 50 784 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 371, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 413 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 159 298, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 494 551, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 664 747 təşkil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu