Yoluxanların bu günə olan statistikası
Azərbaycanda koronavirus infeksiyasına daha 169 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AFN-ə verilən məlumata görə, son sutkada ölüm faktı qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 337 970 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 112 nəfər müalicə olunaraq sağalıb, 4 990 nəfər vəfat edib, aktiv xəstə sayı 1868 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8628, ötən müddət ərzində isə ümumilikdə 3 894 683 test aparılıb.
Son gündə koronavirus əleyhinə 40 774 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 123, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 651 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 283 501, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 548 890, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə1 734 611 təşkil edir.