Qarabağda daha 7 erməni hərbçinin meyiti tapıldı
Qarabağ münaqişəsi zonasında aparılan axtarış əməliyyatları zamanı daha 7 erməni hərbçinin cəsədi Hadrut ərazisində tapılıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı “Sputnik Ermənistan” yayıb. Meyitlərin qalıqları Suqovuşan və Xocavənd rayonu ərazisində aşkarlanıb. Ölən hərbçilərin şəxsiyyətini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası keçiriləcək.
Ümumilikdə münaqişə zonasında 1611 erməni hərbçinin cəsədi və yaxud qalıqları tapılıb.