Hadrutda daha iki erməni hərbçinin cəsədi tapıldı


İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha iki erməni hərbçinin meyitinin qalıqları tapılıb.


Cəsədlər Hadrut qəsəbəsində tapılıb. Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizası təyin ediləcək.

Qeyd edək ki, 2020-ci noyabrın 13-dən 2021-ci il bu günə kimi azad edilmiş ərazilərdən 1588 erməni hərbi qulluqçunun cəsədi aşkarlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu