Meşələrin elektron atlası yaradılacaq


Ümumdünya Resurs İnstitutunun dəstəyi ilə meşələrin elektron atlası yaradılacaq.


Bunu İctimai Ekoloji Şuranın sədri Mələk Şükürova “Meşələrin mühafizəsi və davamlı inkişafı” mövzusunda keçirilən debatda deyib.

M.Şükürova qeyd edib ki, atlas Ümumdünya Resurs İnstitutunun dəstəyi ilə yaradılacaq: "Bu, Avropa və BMT-nin ətraf mühit proqramı tərəfindən həyata keçirilir. Atlasın hazırlanmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi də öz dəstəyini göstərir. Meşələrlə bağlı müasir xəritələr yoxdur. Yeni elektron atlasın hazırlanması ilə hesab edirəm ki, bu sahədə olan problemlərin həll olunmasına töhfəsini vermiş olacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu