Amazonda meşələrin qırılması azalıb


Braziliyanın Ətraf Mühit və İqlim Dəyişikliyi Nazirliyi Amazonda meşələrin qırılmasının 2023-cü ilin sonuna qədər 50 faiz azalacağını açıqlayıb.


Nazirlik dünən verdiyi açıqlamada keçən il Amazon tropik meşələrindəki dağıntılarla bağlı qiymətləndirmələrini paylaşıb.

Bəyanatda bildirilib ki, meşələrin qırılmasının azalması Paris razılaşmasına sadiqliyini və ölkənin iqlim dəyişikliyi ilə mübarizədə aparıcı rolunu bir daha təsdiqləyib.

Bildirilir ki, yanvar-noyabr ayları arasında meşələrin qırılmasının 50,5 faiz azalması prezident Luiz İnasio Lula da Silvanın rəhbərlik etdiyi hökumət və qurumların tədbirlərinin nəticəsidir.

Səlahiyyətlilər, tədbirlər çərçivəsində Amazonda bitki örtüyünə qarşı cinayətlərə dair qanun pozuntusunun 2019-cu ildən 2022-ci ilə qədər eyni dövrün orta göstəricisi ilə müqayisədə 114 faiz çox həyata keçirildiyini bildiriblər.

Qeyd edilib ki, meşələrin qırılmasının azalması atmosferə 250 milyon ton karbon qazının atılmasının qarşısını alıb.

Braziliyanın emissiyalarının təxminən yarısı meşələrin qırılmasından qaynaqlanır və Lula da Silva 2030-cu ilə qədər meşələrin qırılmasını sıfıra endirməyi vəd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu