Amazonda quraqlıq təhlükəsi 500 min insana mənfi təsir göstərə bilər


Braziliyanın Amazon meşələrindəki quraqlıqdan 500 min insanın mənfi təsir göstərə biləcəyi açıqlanıb.



Səlahiyyətlilər tərəfindən verilən açıqlamada orta temperaturun mövsümi normaların üzərində olması səbəbindən çayların səviyyələrində tarixi azalmaların olduğu və ilin sonuna qədər 500 min insanın əsas qida məhsullarına çıxışında çətinlik çəkə biləcəyi bildirilib.

Açıqlamaya görə, quraqlığın xüsusilə balıqçılıqdan çörək qazanan insanlar üçün ciddi problemə çevrildiyi vurğulanıb və iki həftə əvvəl ekoloji fövqəladə vəziyyət elan edilib. Bildirilib ki, fövqəladə vəziyyət çərçivəsində dövlət mülki müdafiə təşkilatı bölgə xalqına qida, su və gigiyena yardımı göstərəcək.

El Nino hava hadisələrinin yaratdığı quraqlıqla mübarizə aparan Amazon tropik meşələrində ciddi yağış çatışmazlığı yaşandığı bildirilir.

Amazonda quraqlıq, iqlim dəyişikliyi və ekoloji problemlərlə bağlı hər fürsətdə açıqlamalar verən dövlət naziri Luiz İnasio Lula da Silva bölgəyə 20 milyon dollar yardım edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu