Braziliya Amazonlarında meşələrin qırılması 11 ayda 22,3 faiz azalıb
Braziliyada Amazon meşələrində qeyri-qanuni ağac kəsmə və meşələrin qırılması 2022-ci ilin avqustundan 2023-cü ilin iyuluna qədər 22,3 faiz azalıb.
Hökumətin verdiyi açıqlamada 2022-ci ilin avqustundan 2023-cü ilin iyuluna qədər meşələrin qırılmasının yüzdə 22,3 azaldığı və bu nisbətin 2019-cu ildən bəri əldə edilən ən aşağı göstərici olduğu bildirilib.
Açıqlamada sözügedən dövrdə 9 min kilometrdən çox ərazinin meşəsizləşdiyi və bunun İspaniyanın Madrid şəhərindən təxminən 14 dəfə böyük olduğu qeyd edilib.
Açıqlamada prezident Luiz İnasio Lula da Silvanın səlahiyyət müddətinin ilk 7 ayında Amazon tropik meşələrinin qorunması üçün ciddi mübarizə aparıldığı, lakin arzu edilən nəticənin əldə olunmadığı bildirilib.
Ekologiya naziri Marina Silva mətbuat konfransında bildirib ki, onların hökuməti meşələrin qırılmasına qarşı fəal mübarizə çərçivəsində 2030-cu ilə qədər bu problemi tamamilə aradan qaldırmağa qərarlıdır.
El Nino fenomeni və iqlim dəyişikliyi ilə əlaqədar Amazon əyalətində ciddi bir quraqlıq olduğunu ifadə edən Silva, bunun böyük bir problem olduğunu bilirdib.
Dünyanın ən böyük tropik meşəsi kimi tanınan Amazon, əvvəlki ifrat sağçı prezident Jair Bolsonaronun hakimiyyəti dövründə hər il rekordlar qıraraq ciddi meşə qırılmalarına məruz qalıb.