Suyun temperaturu 39 dərəcəni keçdi: 100-dən çox delfin öldü


Tarixi quraqlığın hökm sürdüyü və bəzi yerlərdə suyun temperaturunun 39 dərəcəni keçdiyi Braziliya Amazonlarında son bir həftədə 100-dən çox delfinin ölü delfin tapıldığı bildirilir.


CNN-in məlumatına görə, Braziliyanın Elm, Texnologiya və İnnovasiya Nazirliyinin maliyyələşdirdiyi Mamiraua İnstitutundan verilən açıqlamada ölü delfinlərin hamısının Tefe gölündə tapıldığı bildirilib.

Açıqlamada son bir həftədə bölgədə 100-dən çox delfinin ölməsinin "qeyri-adi" olduğu vurğulanıb və mütəxəssislərin bu hadisəni quraqlıq və Tefe gölündəki suyun temperaturunun bəzi yerlərdə 39 dərəcəni keçməsi ilə əlaqələndirdiyi bildirilib.

Mamiraua İnstitutunun tədqiqatçısı Andre Coelho verdiyi açıqlamada bölgədəki delfinlərin başqa çaylara köçürülə biləcəyini, lakin bunun çox da təhlükəsiz olmadığını bildirib.

"Heyvanları vəhşi təbiətə buraxmazdan əvvəl suda toksinləri və ya virusları aşkar etmək vacibdir" - deyə Koelyo qeyd edib.

Rəsmilər xəbərdarlıq edib ki, yaxın bir neçə həftə ərzində delfinlərin ölümünə səbəb ola biləcək şiddətli quraqlıq gözlənilir.

El Nino hava hadisələrinin yaratdığı quraqlıqla mübarizə aparan Amazon tropik meşələrində əhəmiyyətli dərəcədə yağış çatışmazlığı yaşanır.

Braziliyanın Amazon meşələrindəki quraqlıqdan 500 min insanın əziyyət çəkə biləcəyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu