Rövşən Əkbərovun məhkəməsi başlayıb - YENİLƏNİB


Bu gün qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin anket məlumatlarının dəqiqləşdiriləcəyi və cinayət işinin məhkəmə baxışına təyin olunacağı gözlənilir.

Qeyd edək ki, Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən aparılan istintaq yekunlaşdırılıb.

Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

***

20 il öncə Ukraynada iş adamını öldürməkdə təqsirləndirilən Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərovun bu gün məhkəməsi keçiriləcək.


R.Əkbərovun cinayət işi üzrə məhkəmə prosesinə Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənov sədrlik edir. Hazırlıq iclası saat 10:30-a təyin edilib.

Rəsmi açıqlamaya görə, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 01-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu