Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 2 dəfədən çox artıb


Bu ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 203,4 milyon manat ipoteka krediti verilib.


Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 8,5 dəfə artaraq 151,8 milyon manat olub.

Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsait 31,25% artaraq, 105 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 52,9% və yaxud 2,1 dəfə azalaraq 35,6 milyon manata düşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu