“Delta” ştammı yayılmağa davam edəcək ÜST


Koronavirusun “Delta” ştammı önümüzdəki aylarda dünyada öz hökmranlığını qoruyacaq.


Bu haqda Avropanın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, hazırki tendensiyalara əsasən, “Delta” ştammı önümüzdəki aylarda dünyada dominantlıq edən ştamm olacaq.

Həmçinin vurğulanır ki, yeni, daha rəqabət qabiliyyətli virus peyda olmayacağı təqdirdə, “Delta” ştammı digər ştammların dövriyyəsini sıxışdıraraq yayılmağa davam edəcək.

Qeyd edək ki, “Delta” ştammı demək olar ki, bütün Avropa ölkələrində, eləcə də Azərbaycanda qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu