"Hazırda Azərbaycanda yayılan ştammın 94 faiz Delta ştammıdır" prezidentin köməkçisi


“Virus infeksiyalarında mutasiyalar aşkarlandığı zaman mövsümi xarakter daşıyır. Biz hazırda bilirik ki, respublikamızda yayılan ştam Delta ştammıdır”.


Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, delta ştamı ölkədə yoluxanların sayının artımına səbəb olur.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə əlavə edib ki, Delta ştammı ilə bağlı aparılan son tədqiqatlar Azərbaycanda yayılan ştammın 94 faiz Delta ştammı olduğunu göstərir:

“Bunun da digər ştammlardan fərqi digərləri ilə müqayisədə daha yoluxdurucu olmasıdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu