BDU rektorunun müşavirini bıçaqlayan universitetin işçisidir - YENİLƏNİB


27 iyul saat 11:00 radələrində Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib.


BDU-dan verilən məlumata görə, xəsarət alan hər iki şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti normaldır və həkim nəzarəti altındadır.

Hadisəni törətməkdə təqsirli bilinən universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hadisəyə səbəb BDU-nun iki əməkdaşını bıçaqlamaqda şübhəli bilinən İsmixan Mirzəyevin əmək müqaviləsini uzadılmaması göstərilib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

BDU rektorunun Maliyyə məsələləri üzrə müşaviri Mirzə Rəşid oğlu Mirzəyev və komendant bıçaqlanıb.


Hadisə Bakı Dövlət Universitetində baş verib.

Qeyd edək ki, hadisəni İsmixan adlı şəxs törədib.(unikal.org)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu